Excelsior Hotel Shamkir

190.00 ₼
28 views
Posted: 2 ay əvvəl Şəmkir, Azərbaycan, AZ

Əlavə məlumat

Şəmkir şəhəri Bakıdan 400 km aralıda, Kiçik Qafqaz dağlarının Şimal-Qərb ətəklərində, Cəyirçay çayının sahilində, şərabı ilə məşhur olan Dəllər kəndinin 4 km-də yerləşir. 5-ci əsrdən başlayaraq Şəmkür adı ilə tanınan şəhər iri ticarət və sənətkarlıq mərkəzi idi.

1818-ci ildə Şəmkir şəhərinin yerində Vürtemberq-Annenfelddən köçürülmüş almanlar məskunlaşdı və bu koloniya 1914-cü ilə qədər mövcud oldu. Qeyd olunan alman koloniyası Şəmkirin inkişafında özünəməxsus iz buraxdı. Burada hər yerdə alman mədəniyyətinin qalıqlarına rast gəlmək mümkündür.

2013-cü il 10 sentyabr tarixində bu gözəl şəhərdə - görkəmli Azərbaycan şairi Molla Vəli Vidadinin vətənində “Excelsior Hotel Shamkir” oteli açıldı.

Otelin daxil olduğu “Synergy Group” şirkəti kompleksin tikintisində alman üslubundan istifadə etmək qərarına gəlmişdir. “Excelsior Hotel Shamkir” “Renaissance Construction Azerbaijan” şirkəti tərəfindən layihələndirilmiş və inşa edilmişdir. Otelin binası ən qabaqcıl alman ənənələrinin təzahürüdür.

“Excelsior Hotel Shamkir” həm xaricdən, həm də interyerinə görə tamamilə şıq görünüşə malikdir. Alman dəst-xətti hər bir detalda özünü göstərir. Otelin binası gözəl parkla əhatə olunub, burada nəinki təmiz dağ havası almaq, həm də şəhərin səs-küyündən uzaqda, çoxəsrlik ağacların altında dincəlmək mümkündür.

Aktiv istirahəti sevənlər üçün bura əsl cənnətdir. “Excelsior Hotel Shamkir” özündə Azərbaycanın qərb regionlarının inkişafının müasir istiqamətlərini əks etdirir. İşçi heyətin böyük bir hissəsini yerli əhalinin nümayəndələri təşkil edir. Şəhərdə yeni istirahət obyektləri açılır. Belə istirahət obyektlərindən biri də Şəmkir İstirahət Mərkəzidir. Burada ailəliklə istirahət etmək olar. Bütün bu faktları, həmçinin mülayim iqlim xüsusiyyətlərini (qışda – 2С-dək, yayda 25С-dək) nəzərə alıb demək olar ki, “Excelsior Hotel Shamkir” tez bir zamanda istirahət sevərlərin sevimli məkanına çevriləcək.

Otaqlar
“Excelsior Hotel Shamkir” otelində 53 nömrə vardır. Bunlardan 41-i standart, 6-sı biznes suit, 5-i korner-suit və 1-i Kral dairəsidir. Nömrələr ultra müasir turkuaz üslubundadır. Dəhlizin divarları və foye məşhur Şəmkir xalçalarının işıqlandırılmış ornamentləri ilə bəzədilmişdir. Otelin ümumi sahəsi və ona bitişik ərazi təqribən 1,5 ha təşkil edir. Yay mövsümündə otelin arxa həyətində mini pivə restoranı fəaliyyət göstərəcək. Oteldə iki restoran, bir konfrans zalı və pivə-bar fəaliyyət göstərir ki, burada gözlərinizin önündə təbii mayadan pivə bişirilir. Həmçinin, oteldə şərab-dequstasiya mərkəzi də vardır. Bu, xüsusilə vacib məqamdır. Belə ki, Şəmkir özünün konyak və şərab zavodları ilə tanınır. Texniki nöqteyi-nəzərdən otel paytaxtın ən yaxşı otellərindən geri qalmır. Otelin nömrələri çox rahatdır. Otaqlar bəyaz-mavi tonlarda boyanıb və onların gözəlliyini qəhvəyi rəngli tirlər və alman üslublu çilçıraqlar tamamlayır. Nömrələr rahat istirahət guşələrinə ayrılır. Mükəmməl şəkildə təchiz edilmiş vanna otaqları hətta ən tələbkar müştərilərin belə zövqünü oxşayacaq. Oteldə istirahət üçün bütün şərait yaradılmışdır. Bu məqsədlə oteldə Spa və Fitnes mərkəzləri fəaliyyət göstərir. Burada siz nəinki fiziki formanızı saxlayacaq, həm də təcrübəli massajistlərin köməyilə ruhən dincələcəksiniz.

    Attributes

  • whatsapp
  • Online rezervasiya (bnb.az, Booking, Airbnb)
  • Star Rating
    5 stars
  • Yuxu yerlərinin sayı
    7 və daha çox
  • Qidalanma *
    Daxil deyilSu və şirniyyatSəhər Yeməyi2 dəfə qidalanma3 dəfə qidalanmaQala şam yeməyi
  • Удобства в комнате *
    Ежедневная уборкаКондиционерТелевизорБесплатный Wi-Fi
  • Удобства на территории *
    ПарковкаБарбекью / МангалСамовар на угляхБеседкаГамак / ЛежанкиСадБассейнРесторанТренажерный залСкамейкиКруглосуточная стойка регистрацииФитнес-центрСауна / БаняИгровая площадкаУдобства для гостей с ограниченными физическими возможностямиСпа и оздоровительный центрКинотеатрНочной клубCтанция зарядки электромобилейПрокат велосипедовЛифтМагазин
  • Заезд
    С 12:00
  • Отъезд
    До 11:00
  • Оплата, предоплата и отмена
    НаличныеПластиковая картаБанковское перечислениеПлатите на местеПредоплата не требуетсяБесплатная отмена бронирования
  • Персонал говорит на этих языках
    АзербайджанскийАнглийскийРусскийТурецкий
  • Дополнительные услуги
    Доставка еды и напитков в номер
bnb.az Posting for 2+ ay
Always stay safe! Never pay down a deposit in a bank account until you have met the seller, seen signed a purchase agreement. NO serious private advertisers ask for a down payment before you meet. Receiving an email with an in-scanned ID does not mean that you have identified the sender. You do this on the spot, when you sign a purchase agreement.


Warning: fsockopen(): SSL operation failed with code 1. OpenSSL Error messages: error:14090086:SSL routines:SSL3_GET_SERVER_CERTIFICATE:certificate verify failed in /var/www/u1150637/bnb.az/oc-includes/osclass/utils.php on line 341

Warning: fsockopen(): Failed to enable crypto in /var/www/u1150637/bnb.az/oc-includes/osclass/utils.php on line 341

Warning: fsockopen(): unable to connect to ssl://bnb.az:443 (Unknown error) in /var/www/u1150637/bnb.az/oc-includes/osclass/utils.php on line 341