Təsdiqlənmiş Elan
İndi Açıqdır

İş saatları

  • bazar ertəsi 10:00 - 17:00
  • çərşənbə axşamı 10:00 - 17:00
  • çərşənbə 10:00 - 17:00
  • cümə axşamı 10:00 - 17:00
  • cümə 10:00 - 17:00
  • şənbə 10:00 - 17:00
  • bazar günü 10:00 - 17:00

Məlumat

Diqqət! Burada yerləşdirilən elanlara görə bnb.az saytı heç bir məsuliyyət daşımır. Tanımadığı şəxslərə pul göndərməyin, təsdiqlənməmiş statuslu Elanlardan ehtiyatlı olun! Ətraflı sayt qaydaları bölməsində oxuyun!

Bu elan yerləşdirilib: admin

admin

HAMI ÜÇÜN ƏYLƏNCƏ
Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksində tətilinizi yadda qalan etmək üçün lazım olan bütün fəaliyyətlər bir məkanda.
Burada bir çox adrenalin dolu fəaliyyətlərlə yanaşı, təbiət qoynunda özünəməxsus ruhu ve dinamik relyefi ilə fərqi hiss edəcəksiniz.

Kompleks Qəbələ şəhərindən təxminən 4 kilometr aralıda yerləşir.
Kanat yolunun və xizəkçilik kompleksinin 8 stansiyadan ibarət olması planlaşdırılmışdır.
Birinci stansiya dəniz səviyyəsindən 950 metr, sonuncu stansiya isə 1920 metr hündürlükdədir.

İnfrastruktur və xidmətlər:

Kanatla gəzinti
Böyük Qafqaz dağlarının əsrarəngiz təbiətini seyr etmək üçün kanat gəzintilərinə çıxmaq əla fürsətdir.
5.8 km lik uzunluğa malik 4 ədəd kanat xətti iləTufandağ sizləri bu füsunkar səyahətə dəvət edir

4 kanat xətti

Böyüklər üçün 4 kanat xətti (12 yaşdan yuxarı) – 23 AZN
Uşaqlar üçün 4 kanat xətti (7-12 yaş aralığı ) – 18 AZN
(Riverside, Qəbələ, Duruca və Yatmış Gözəl kanat xətləri )

2 kanat xətti

Böyüklər üçün 2 kanat xətti (12 yaşdan yuxarı) – 19 AZN
Uşaqlar üçün 2 kanat xətti (7-12 yaş aralığı ) – 15 AZN
(Riverside və Qəbələ kanat xətləri )

2 kanat xətti
Böyüklər üçün 2 kanat xətti (12 yaşdan yuxarı) – 19 AZN
Uşaqlar üçün 2 kanat xətti (7-12 yaş aralığı ) – 15 AZN
(Duruca və Yatmış Gözəl kanat xətləri )

Kvadrosikl turları
Həyəcan dolu səyahət istəyən hər kəsə kvadrosikl turlarımızı məsləhət görə bilərik.
Çay yatağının kənarı ilə Duruca kəndinə aparan bu həyacan və adrenalin dolu turla, avtomobilin getməyəcəyi yerlərə gedib,
Böyük Qafqaz dağlarının nəfəskəsici mənzərələri ilə tanış olacaqsınız.

Məsafə: 4 km
Müddət: 15-20 dəqiqə
Yaş məhdudiyyəti: +18

Qiymət:
Bir nəfər üçün – 40 AZN
Əlavə sərnişin – 15 AZN

Dağ Yelləncəyi
Fəaliyyət sezonu: Bütün sezon

Panoramik mənzərələrlə əhatə olunmuş 1920 metr yüksəklikdəki dağ yelləncəyimizdə ən yüksək adrenalini hiss edə bilərsiniz.
7-10 metr hündürlüklü yeləncək seçimləri ilə tam təhlükəsiz bir şəkildə ekstrim və əyləncənin ruhunu hiss edin.
Kəmərlərinizi bağlayın və həyacanı yaşayın.

Qiymət:
Böyük (10m.) – 20 ₼
Balaca (7m.) – 15 ₼
Minimal yaş həddi: 14 yaş.

Avtoxizək
İstirahətinizə dinamiklik qataraq avtoxizək macərasına çıxmaq istəmisiniz?

Tufandağa gələrək əsl qış əyləncəsi olan avtoxizək gəzintisi ilə qışın həyəcanını yaşamaq vaxtıdır. Yüksək sürətli, adrenalin dolu gəzintilərdə təmiz qarla örtülmüş mənzərələri kəşf edin. Bizim təcrübəli bələdçilərimiz bacarıq səviyyəsinə uyğun hər bir sürücü üçün təhlükəsiz, lakin həyəcanverici təcrübə təmin edir. Mənzərəli cığırları aşmaq və əsl dağ havasını hiss etməyin vaxtıdır.

Məsafə: 4 km
Müddət: 15-20 dəqiqə
Yaş məhdudiyyəti: +18

Qiymət:
Bir nəfər üçün – 50 ₼
Əlavə nəfər – 30 ₼

Müşahidə nöqtəsi
Fəaliyyət sezonu: Bütün fəsil
1920 metr hündürlükdə yerləşən müşahidə nöqtəmizdən Yatmış Gözəl zirvəsinin və digər dağların əsrarəngiz mənzərəni seyr edə və bu anı ölümsüzləşdirmək üçün bir çox xatirə şəkilləri çəkə bilərsiniz.
Qiymət: ödənişsiz

Kirşələr
4 yaşından böyük əsl əyləncəsevərlər üçün kirşə macərası başlasın!
Kirşənizdən bərk yapışın və uşaqlar üçün kirşə zonasında maksimum əyləncədən həzz alın! Övladlarınız kirşə macərasına dalarkən siz də uşaqlığınıza geri dönəcəksiniz.
Qiymət:
Bir nəfər üçün – 15 ₼

Tübinq
Qarda tübinq sizə qışı və qarı daha öncə heç yaşamadığınız şəkildə yaşama şansı verir. Şişirdilmiş dairələr üzərində yamacdan aşağıya sürüşmək, adrenalin, həyəcan və sərin dağ havası ruhunuzu dincəldəcək. Xüsusi bacarıq tələb etməyən bu fəaliyyət ilə istirahətinizə həyəcan qatın.
Qiymət:
5 keçid: 20 ₼

“Sunkid” tübinq
“Sunkid” tubinq əyləncəsi ilə balacalar əsl qış macərasını yaşayacaqlar
Atraksiondan istifadə yalnız 5 yaşadək uşaqlar üçün keçərlidir.
Qiymət:
1 uşaq – 5 ₼

Xizək məktəbi
Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksinin peşəkar təlimçiləri yeni başlayanlardan təcrübəli xizəkçilərə qədər hər yaş və səviyyə üçün fərdiləşdirilmiş xizək dərsləri təklif edir. Məktəbimizdə xizək və snoubord dərsləri fərdi vəya qrup şəklində keçirilməklə, Azərbaycan, Rus və Ingilis dilində tədris olunur.Xüsusi ayrılmış zonada peşəkarlarla keçirilən dərslər başlanğıc ərazidə başlayır və tələbə öyrəndikcə isə təlimatçılarla daha çətin zolaqlarda özlərini sınayırlar. Bizim peşəkar dərslərimiz hədəfləriniz və gözləntiləriniz istiqamətində irəliləməyə imkan verəcək.

Avadanlıqların icarəsi
Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksi ərazi və qar şəraitinə uyğun seçilmiş yüksək keyfiyyətli xizək avadanlıqları təklif edir. İcarə üçün nəzərdə tutulmuş avadanlıqlarımız yeni başlayanlardan təcrübəli xizəkçilərə qədər hər kəsin mümkün olan ən yaxşı performansını göstərməsi üçün rahat, təhlükəsiz və istənilən ölçüdə mövcuddur. Məşhur markaların istehsalı olan avandanlıqlarımız hər istifadədən sonra gigiyenik təmizləmədən keçir. Bir gündən artıq xizək sürəcəyiniz təqdirdə, avadanlıqlarınızı dolabçalara yerləşdirə bilərsiniz, bununla yanaşı ailəvi gəldiyiniz zaman dolabçalar 2-3-4 nəfərlik olur. Xizək avadanlığının icarəsi xidmətimiz xizək sürməyi hər kəs üçün əlçatan və xoş hala gətirdiyimiz bir çox üsullardan yalnız biridir.

Kompleksin ərazisində otellər və restoranlar fəaliyyət göstərir:

Hotellər:
Qafqaz Tufandağ Hotel
Qafqaz Riverside Hotel

Restoranlar:
Məkan: Qafqaz Tufandag Hotel
-Panorama Restoranı (Hər gün / 06:30-00:00)
-Burger Station (Hər gün / 10:00-18:00)
-Qəbələ kafe (Hər gün / 09:00-17:00)
-Chalet Steak & Wine House (Hər gün / 10:00-17:00)

Məkan: Qafqaz Riverside Hotel
Qəbələ Restoranı (Hər gün / 07:00 – 00:00)
Kamin Bar (Fasiləsiz hər gün)

Kateqoriyalar

Regionlar

Yalnız rezervasiya etmiş qonaqlar rəy yaza bilər.