”Relax” Azərbaycanin gözəl guşələrindən biri olan Lənkəran-Lerik yolunun 33cu km-də yerləşir.
Bakıdan məsafəsi 298 km dir.
İstirahət mərkəzi ilin bütün fəsillərində yerli və xarici turistlərə xidmət göstərir.
Əgər siz Relaxa iş görüşmələri və ya dincəlmək ücün gəlirsinizsə sizə lazım olan hər bir şəraiti bizdə tapa bilərsiniz.
Burada sizin dincəlməyiniz, yadda qalan xos vaxt kecirməyiniz ucun hər bir şərait yaradılmışdır.
Vaxtınıza qənaət üçün isə həftədə 3 dəfə Bakı-Lənkəran-Bakı təyyarə turları (uçuş müddəti cəmi 40 dəqiqə) və çox rahat avtobus turları təşkil etmişik.
Kottec tipli evlər və standart otel otaqlarında yumşaq mebellər, isti-soyuq su, kabel televiziyası, telefon və kabelsiz internet xidmətlərindən yararlanmaq olar.
Mərkəzdə Şərq üslubunda qurulmuş külafirəngilər, milli və Avropa mətbəxli 350 nəfərlik yay və qış restoranları, restoran-bar, diskoteka, boulinq, uşaq əyləncə meydançası, billyard, tennis futbol, volleybol meydancaları fəaliyyət göstərir.
ANİMASİON-ŞOU isə sizin istirahətinizə unudulmaz anlar bəxş edəcək.
Ailənizin, sevdiklərinizin və kollektivinizin vaxtını şən və səmərəli kecirmək istəyirsinizsə ”Relax”a buyura bilərsiniz.
İstirahət kompleksi hər cür şəraitə malik olan 2, 4 nəfərlik standart otel otaqları və 2, 4, 5 nəfərlik kottec tipli otaqlardan təşkil olunmuşdur.
Buradakı yüksək səviyyəli personal, Şərq və Qərb üslubunda fəaliyyət göstərən restoranlar, barlar ,diskotekalar,hovuz və spa mərkəzi, tennis kortu, tir, billiard, mini qolf meydancaları, atcılıq, ATV və s növbənöv əyləncə kompleksləri 24 saat xidmətinizdədir.
Only guests who have booked can leave a review.